Gündəm / İqtisadiyyat
10 oktyabr 2023
0
Azərbaycanda qeyri-ticari sektorda daxilolmalar 30 milyard manata yaxın olub

2023-cü ilin III rübündə Azərbaycanda maliyyə axını 36,9 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,3% çoxdur.
Mərkəzi Bankın məlumatına görə, cari ilin III rübündə ödəniş daxilolmalarında qeyri-ticari sektorun üstünlüyü davam edib. Ticari sektorda ödəniş daxilolmaları ümumi daxilolmaların 19,4%-i təşkil etməklə 7,2 milyard manat, qeyri-ticari sektorda isə 80,6% təşkil etməklə 29,7 milyard manat olub.
Qeyd edək ki, bütövlükdə, ötən rüblə müqayisədə cari ilin üçüncü rübündə ticari sektor üzrə iqtisadi aktivlik indeksində azalma, qeyri-ticari sektor üzrə isə artım dinamikası müşahidə edilib.

Daha çox xəbər:

Avropa Azərbaycandan qaz idxalını artırıb
Gündəm / Cəmiyyət
Əhaliyə 3 milyard manatdan çox sosial ödəniş edilib
Gündəm / Sosial
Sabah gələn ilin büdcə müzakirəsi başlayır
Gündəm / Siyasət
Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq
Gündəm / İqtisadiyyat
Azərbaycan banklarının kredit qoyuluşu 7 ildən sonra ilk dəfə 20 milyard manatı keçib
Gündəm / İqtisadiyyat