Gündəm / Cəmiyyət
12 oktyabr 2023
1
BOK Rusiya Olimpiya Komitəsinin fəaliyyətini dayandırdı

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi Rusiya Olimpiya Komitəsinin (ROK) fəaliyyətini dayandırıb.
Buna səbəb “Donetsk Xalq Respublikası", "Luqansk Xalq Respublikası”, Zaporojye və Xerson vilayətlərinin Olimpiya Şuralarının ROK-un tərkibinə daxil olmalarıdır.
Bu barədə məlumat verən BOK-un mətbuat xidmətinin rəhbəri Mark Adams bildirib ki, ROK-un fəaliyyəti növbəti bildirişə qədər dayandırılıb:
“Bu qərar o deməkdir ki, ROK artıq Milli Olimpiya Komitəsi kimi fəaliyyət göstərə və olimpiya hərəkatından maliyyə dəstəyi ala bilməz”.
Qeyd edək ki, “Donetsk Xalq Respublikası", "Luqansk Xalq Respublikası”, Zaporojye və Xerson vilayətlərinin Olimpiya Şuraları oktyabrın 5-də Rusiya Olimpiya Komitəsinin üzvü olub.

Daha çox xəbər:

Putin yeni ərazilərə “rəhbər”lər təyin etdi
Gündəm / Dünya
Milli Olimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Gündəm / Siyasət
UEFA Bakı Olimpiya Stadionunu təltif etdi
Gündəm / İdman
Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Türkiyə bayrağına büründü
Gündəm
Azərbaycanlı atletin olimpiya çempionluğu əlindən alındı
İdman