Gündəm / Cəmiyyət
13 oktyabr 2023
0
“Volt”un fəaliyyətinə icazə verildi
Azərbaycanda əksər daşınma şirkətlərinin qeydiyyatdan keçməsi təmin olunub.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
Qeyd olunub ki, Agentlik qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, həmçinin qida məhsullarının daşınması xidmətlərini həyata keçirən müəssisələrin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesini davam etdirir:
“Bu günədək qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan “Volt Azərbaycan” MMC, “Bolt Services AZ” MMC, “Ozio” MMC, “İndi Market” MMC, “Bazarstore” MMC, “Too Far Logistics” MMC, “iBox” MMC və “Competo” MMC qida təhlükəsizliyi qeydiyyatından keçib.
Onu da bildirək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, qeydiyyatdan keçmiş müəssisələrə Agentlik tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı metodiki dəstək göstərilir, habelə müvafiq tələblərin mərhələli şəkildə icrasına və fəaliyyətin qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılmasına hərtərəfli köməklik olunur. Bu istiqamətdə qeydiyyatdan keçmiş daşınma şirkətləri ilə əməkdaşlıq davam etdirilir.
Qeyd edək ki, avqust ayında “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilmişdi.(“Trend”)
Daha çox xəbər:
"Fəaliyyətimizi davam etdiririk" - "Volt Azərbaycan" AQTA-ya cavab verdi
Gündəm / CəmiyyətAzərbaycan Rusiya məhsuluna məhdudiyyət qoydu
Gündəm / İqtisadiyyat“Qida təhlükəsizliyi haqqında” qanun layihəsində 38 maddə dəyişdi
Gündəm / CəmiyyətBaş nazirdən qida təhlükəsizliyi ilə bağlı QƏRAR
Gündəm / SiyasətAzərbaycan İrandan idxal edilən bu məhsullara QADAĞA QOYDU
Gündəm / Cəmiyyət