Gündəm / Dünya
14 oktyabr 2023
1
İsrail HƏMAS-ın onlarla döyüşçüsünü məhv etdi
İsrail qırıcıları Qəzza zolağında bir çox hədəfləri vurub, Fələstinin HƏMAS hərəkatının onlarla döyüşçüsü məhv edilib.
Bu barədə İsrail Müdafiə Ordusunun (IDF) Mətbuat xidməti bildirib.
“IDF HƏMAS-ın Qəzza zolağındakı terror obyektlərinə zərbələr endirməyə davam edir, “Nuhba”nın (HƏMAS-ın elit bölməsi-red.) onlarla terrorçusu məhv edilib”, - məlumatda deyilir.
Xatırladaq ki, oktyabrın 7-də İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Daha çox xəbər:

HƏMAS-ın hücumu nəticəsində bu qədər amerikalı öldü
Gündəm / Cəmiyyət
İsrail HƏMAS-ın hərbi-dəniz obyektlərinə zərbələr endirdi
Dünya
İsrail ordusu Qəzza zolağından atılan iki raketi zərəsizləşdirdi
Dünya
İsrail ordusu Qəzzada 500-dən çox hədəfi zərərsizləşdirib
Gündəm / Dünya
İsraildə 4 Azərbaycanəsilli şəxs həlak olub - Adlar
Gündəm / Cəmiyyət