Gündəm / Cəmiyyət
17 oktyabr 2023
3
9 min əhali yaşayan ərazi Sumqayıta verildi
Binəqədi və Abşeron rayonlarının bəzi əraziləri Sumqayıtın inzibati ərazisinə verilib.
Bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihədə qeyd edilib ki, Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.
Deputat Siyavuş Novruzov qeyd edib ki, bu gün o ərazidə 9 min əhali yaşayır: “Onların bütün sosial təminatı, kommunalı, hüquq-mühafizə orqanları, səsvermələri və s. bütün məsələləri Sumqayıtda olur. Amma xəritədə o ərazilər Binəqədi və Abşeron ərazisi kimi göstərilir. Məhz buna görə Prezident İlham Əliyev tərəfindən xəritələrin dəqiqləşdirilməsi ilə bağlı təşəbbüs irəli sürüldü”.
Daha çox xəbər:
Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verilir
Gündəm / CəmiyyətBakı, Abşeron və Hacıqabulda su OLMAYACAQ
---İki rayonun ləğv edilməsi plenar iclasa tövsiyə olundu - YENİLƏNİB
Gündəm / CəmiyyətTədris dilindən ən aşağı nəticə göstərən bölgələr AÇIQLANDI
Gündəm / CəmiyyətGəncənin Nizami və Kəpəz rayonları ləğv olunur
Gündəm / Cəmiyyət