Gündəm / Cəmiyyət
21 oktyabr 2023
1
Kimlər ödənişli yola buraxılmayacaqlar? - AÇIQLAMA
“Yüklü halda çəkisi normadan artıq olan yük avtomobilləri ödənişli yola buraxılmayacaq”.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.
A.Nəcəflinin sözlərinə görə, bunun üçün yolun giriş-çıxışına xüsusi tərəzilər quraşdırılıb:
“Avtonəqliyyat vasitələrinin beynəlxalq tələblərə uyğun yükgötürmə normaları var. Həmin normalara görə avtomobilin hər bir oxuna düşən çəki müəyyən edilib. Ödənişli yolda avtonəqliyyat vasitəsi yolun ödəniş məntəqəsindən keçərkən orada quraşdırılan sensorlu xüsusi tərəzilər onun hər oxuna düşən yükü çəkəcək. Əgər avtomobil beynəlxalq tələblərdə nəzərdə tutulandan artıq yük götürərsə, sensorlar onu qeydə alır və avtomatik həmin nəqliyyat vasitəsi ödənişli yola buraxılmır”.
Qeyd edək ki, Bakı-Rusiya Federasiyası istiqamətində tikilən yolun ödənişli hissəsinin uzunluğu 129 km, hərəkət zolaqlarının sayı 4, yola giriş-çıxış məntəqələrinin sayı 6-dır. Hər məntəqədə 2 giriş və 2 çıxış xətti mövcuddur.
Daha çox xəbər:
Azərbaycanın ilk ödənişli yolunda sürət həddi saatda neçə km OLACAQ?
Gündəm / CəmiyyətÖdənişli yoldan necə istifadə edəcəyik? - Qaydalar+Video
Gündəm / CəmiyyətAnar Nəcəfli: “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 80%-i tamamlanıb”
Gündəm / CəmiyyətUkraynadan təxliyə edilmiş azərbaycanlı sürücülərin sayı 19-a çatdı - YENİLƏNİB
Gündəm / CəmiyyətBu yolda hərəkət məhdudlaşdırılacaq
Gündəm / Şou