Gündəm / Cəmiyyət
23 oktyabr 2023
0
Anasını bıçaqlayan yeniyetmə vəzifəli şəxsin oğludur - Yenilənib

Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.
2006-cı il təvəllüdlü K. H. ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü S. H.-ni bıçaqlayıb.
Daha sonra o, anasını Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Əldə etdiyimiz məlumata görə, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən və yüksək rütbə daşıyan N.H-nin ailəsində baş verib. Hadisəni törədən oğlan vəzifəli şəxsin oğlu, bıçaqlanan qadın isə onun həyat yoldaşıdır.
