Gündəm / Cəmiyyət
23 oktyabr 2023
0
490 manatlıq bilet və Acunun 35 min manatlıq istəyi...
“Türkiyənin TV8 kanalının rəhbəri, aparıcı-prodüser Acun Ilıcalı oktyabrın 22-si Bakıya gəlir”. Aylar əvvəl anonsu verilən bu görüşdə iştirak üçün can atanlara 40-490 manat aralığında biletlər təklif edilmişdi. Bu məbləğindən keçib Acun abinin uğur hekayəsini, “İnnovativ inkişaf və fürsətlər” adını verdiyi stendapfason çıxışını izləyənlər, öyrənməkdən çox əyləndilər. Bəli, daha çox əyləndilər, düşünürəm ki, fikrimizi belə əsaslandırsaq, abilərimizin təbirincə abartmış sayılmarıq...
Tədbir yenicə başlamışdı ki, türkiyəli qardaşımızın “bundan sonrası üçün çəkimi dayandırırıq, kimsə telefonla çekmesin, çok özel şeylər konuşacağım” deməsi tamaşaçıda böyük maraq yaratdı.
Vaxt keçdikcə isə bunun növbəti şou anons olduğunu anladıq. A.Ilıcalının 90 dəqiqəlik çıxışı nəzərdə tutulsa da, görüşü 1 saata yola verməsi də diqqətdən qaçmadı. Doğrudur, televiziya rəhbərinin hər sözünə gülməkdən özünü saxlaya bilməyən və ətrafda “bu nəyə gülür” baxışları ilə onu məzəmmət edən tamaşaçılar da oldu, qorumaları keçib səhnənin yaxınlığına qədər gələn və hədiyyəsini Acun Ilıcalıya vermək istəyən qız da. Ona mane olmaq istəyənlərə, bu dəfə Acundan irad gəldi: “Bura qədər gəlib, indimi mane olacaqsınız?”
Nəsə bu qızın səhnəyə çıxması ilə “Uğurlarımın kökündə empati hissi dayanır. Ömrüm boyunca özümü qarşımdakı insanın yerinə qoyaraq yaşadım”, - deməsi də bir o qədər səmimi təsir bağışlamadı. Niyə? - deyə soruşsanız, cavabı çox sadədir. Adam tamaşaçılara inkişaf karyerasından çox, müxbirlik etdiyi dönəmlərdə çəkdiyi verilişlərdən roliklər izlətdirdi, hansı ki, yutubdan çox asanlıqla tapıb izləyə bilərsiniz. Əgər özünün də dediyi kimi empati hissi olsaydı, tamaşaçının ondan nə istədiyini sezərdi. Hətta təşkilatçıların, sponsorların hədiyyələrini qəbul etmədən, səhnədən qaçmağa çalışmazdı...
Doğrusu, bizim kimi dəvətlə tədbirdə iştirak edənlərə baxanda, 490 manat verib bilet alanlara adamın lap ürəyi ağrıyır. Bir də əməlli-başlı özünə maya qoyub Acunla bir səhnəyə çıxacağı xəyalını quran bəzi həmvətənlərimizə. Özünüz olun, sadə olun, eqonuza qalib gəlməyə çalışın, xanımlar və cənablar! Yoxsa həmişə o pilləkənlərdən aşağı düşürülməyə məcbur olacaqsınız.
Əslində, Acun Ilıcalının indiki nöqtəyə gəldiyi məqamın uğurunun sirrini öyrənmək üçün baş sındırmağa gərək yoxdur. Səbəb çox sadədir: Adam adi həyatından fraqmentlər danışmağı belə pulla satır... Hələ Azərbaycandakı televiziya kanalında 10 dəqiqəlik efir üçün 35 min manat istəməsi varlanmaq sirrinin pik nöqtəsidir...
Daha çox xəbər:
Acun ilə boşanan Şeyma kefindən qalmır - Bu dəfə qəfəsdə rəqs etdi - VİDEO
ŞouBakıda 270 min manatlıq BMW aşdı - FOTO
Hadisə"Kəramət müğənniyə aid olmayan suallar verərərək, özü üçün şou yaratdı" - AÇIQLAMA
Gündəm / CəmiyyətPrezidentdən 600 min manatlıq SƏRƏNCAM
Gündəm / SiyasətRusiyadan çıxış üçün son bilet 11 min dolara SATILDI
Gündəm / Dünya