Gündəm / Cəmiyyət
23 oktyabr 2023
2
Belə mesajlar alırsızsa, ehtiyatlı olun! - Rəsmi xəbərdarlıq
Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib.
Nazirliyin müraciətində son vaxtlar ayrı-ayrı şəxslərə SMS, elektron poçt və veb səhifələr vasitəsilə bildirişlər göndərilərək onların uşaq pornoqrafiyası və kibercinayətlərdə iştirakı, yaxud belə əməllərin qurbanı olması, bununla əlaqədar fərdi məlumatlarını təqdim etməsi, ödəniş həyata keçirməsi kimi dələduzluq hərəkətlərinin qeydə alınması hallarının olduğu bildirilib: "Əsasən reklam xarakterli bildirişlərə toxunan internet istifadəçisi müxtəlif elektron ünvanlara, yaxud hər hansı “e-mail” xidmətinin oxşar versiyasına yönəldilir.
Xarici dövlətlərə aid mənbələrdən, eləcə də "Europol" və başqa polis təşkilatlarının adından istifadə edilməklə törədilən bu cür dələduzluq əməlləri insanların pul vəsaitinin və ya bank kartlarının ələ keçirilməsinə hesablanıb.
Göstərilən hallarla rastlaşdıqda şübhəli linklərə daxil olmamaq, yönləndirilən saxta veb səhifələri açmamaq, orada ödəniş etməmək, dərhal DİN-in “102” Xidmətinə və onun sosial şəbəkə hesablarına müraciət etməniz tövsiyə olunur".
Daha çox xəbər:
Vətəndaşlara bank adından pul təklifi ilə fişinq mesajlar göndərilir - XƏBƏRDARLIQ
Gündəm / Cəmiyyət“Telegram” istifadəçilərinə xəbərdarlıq edildi
CəmiyyətUşaqlı hər bir ailəyə 500 manat veriləcək? - RƏSMİ AÇIQLAMA
CəmiyyətAZAL vətəndaşlara xəbərdarlıq etdi
Gündəm / CəmiyyətElektron Təhlükəsizlik Xidməti media qurumlarına xəbərdarlıq edib
Sosial