Gündəm / Cəmiyyət
24 oktyabr 2023
0
Valideyn himayəsindən məhrum olan şəxslərlə bağlı qanun DƏYİŞDİRİLDİ
Valideyn himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq olunmasına dair layihə son oxunuşda qəbul edilib.
Bu, Milli Məclisin bugünkü plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Sosial xidmət haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna təklif edilən dəyişikliyə əsasən, həmin şəxslər çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq və onlar da ev alana qədər dövlət müəssisələrində yaşayış yeri ilə təmin olunacaq.
Həmin şəxslər 18 yaşına çatdıqdan sonra sosial xidmət müəssisələrindən çıxandan sonra ev alana qədər çox vaxt çətin vəziyyətdə olurdular, yəni kirayə haqqı verə bilmirdilər. İndi həmin şəxslər çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq və onlar da ev alana qədər dövlət müəssisələrində yaşayış yeri ilə təmin olunacaq. Eyni zamanda onları daha tez siyahıya salıb mənzillərlə təmin etmək mümkün olacaq.
Layihə müzakirələrdən sonra III oxunuşda qəbul olunub.
Daha çox xəbər:
Bu şəxslər 20 ilədək azadlıqdan məhrum ediləcək
Gündəm / CəmiyyətOnların təhsil haqqını dövlət ödəyəcək
Gündəm / CəmiyyətAzərbaycanda bu şəxslər 3 min manat cərimələnəcək
Cəmiyyət / GündəmParlament bu qanunun ləğv edilməsini təsdiqlədi
Gündəm / ŞouMaskadan istifadə etməyən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat cərimələnəcək
Cəmiyyət / Sosial