Gündəm / Cəmiyyət
25 oktyabr 2023
1
Azərbaycan-Türkiyə birgə təlimi başa çatdı - VİDEO

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi uğurla başa çatıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Birgə taktiki təlimdə Azərbaycan Ordusunun Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Mühəndis Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və Türkiyə Silahlı Qüvvələrinin müvafiq qoşun növü mənsubları iştirak ediblər.
Hər iki qardaş ölkənin qoşunları arasında təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra edilib.
Qeyd edək ki, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunmuşdu.

Daha çox xəbər:

“Mustafa Kamal Atatürk - 2023” təlimindən yeni - Video
Gündəm / Cəmiyyət
Azərbaycanla Türkiyə İranla sərhəddə təlimlər keçirir - VİDEO
Gündəm / Cəmiyyət
Azərbaycan və Türkiyənin birgə təlimlərinə start verilir
Gündəm / Cəmiyyət
Türkiyənin F-16-ları Azərbaycanda
Gündəm / Cəmiyyət
Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimləri başa çatdı - VİDEO
Gündəm / Cəmiyyət