Gündəm / Cəmiyyət
26 oktyabr 2023
0
Bu ölkə Ukraynaya hərbi yardımdan imtina etdi
Bu gündən etibarən Slovakiya Ukraynaya hərbi yardım göndərməyəcək.
Bunu ölkənin baş naziri Robert Fiko deyib.
Fiko vurğulayıb ki, Slovakiya bundan sonra Ukrayna tərəfinə heç bir silah ötürməyəcək. Eyni zamanda o qeyd edib ki, Bratislava Kiyevə humanitar və vətəndaş dəstəyi dəstəkləyir.
"Biz Ukraynaya humanitar və mülki yardımı dəstəkləyirik - bu mənim hökumətimin rəsmi siyasəti olacaq. Biz Ukraynanı heç bir silahla təmin etməyəcəyik", - Slovakiyanın baş naziri yekunlaşdırıb.(Modern.az)