Gündəm
13 may 2020
22
Bakıda apteklərdən oğurluq edən “Qırmızı mopedli” şəxs saxlanıldı
Milliinmfo.az
Paytaxtda apteklərdən oğurluq və soyğunçuluq yolu ilə kütləvi şəkildə talançılıq əməlləri törətməkdə bilinin şəxs müəyyən olunaraq saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Xətai rayonlarında yeləşən apteklərdən uşaq qidaları oğurlayan Bakı şəhər sakini Gündüz Əsədpur müəyyən olunub. O, ifadəsində apteklərdən oğurluq etdiyini etiraf edib. Saxlanılan şəxs məhz uşaq qidaları oğurlamasını onunla əsaslandırıb ki, karantin şəraitində aptek sahibləri şikayətçi olmayacaq və hər kəsin onun evində azyaşlı uşağının ac olmasına götə bu addımı atdığını düşünəcək. Amma özünə məxsus mopedlə paytaxt küçələrində dolaşaraq oğurluq edən Gündüz Əsədpur subaydır. O, uşaq qidalarını müxtəlif şəxslərə sataraq əldə etdiyi pulla öz istifadəsi üçün şəxsiyyəti istintaq tərəfindən araşdırılan mənbələrdən narkotik vasitələr əldə edib.
Qeyd edək ki, saxlanılan şəxs şübhəli yayındırmaq üçün müxtəlif vaxtlarda mopedin konstruksiyasına dəyişikliklər etməklə, rəngləyib. Onun barəsində Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə cinayət işi açılıb, ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gündüz Əsədpurun əməllərindən zərərçəkən başqa şəxslər varsa, “102” Zəng Mərkəzinə və ya Bakı şəhər Baş Polis İdarəsinə (590-68-81) müraciət edə bilərlər.

Daha çox xəbər:

Bakıda yeniyetmələr məktəbdən oğurluq etdilər
Hadisə
Paytaxtda quldurluq edən şəxs saxlanılıb
Gündəm / Hadisə
Bakıda narkotik satan “doktor” saxlanıldı - FOTO
Hadisə
Suraxanıda Yolla Gedən Xanımıa Qarşı Zorakalığ Edilib
Gündəm / Hadisə / Video
Məktəbdən 7500 manatlıq kompüter avadanlığı oğurlanıb
Hadisə