Gündəm / Siyasət
31 oktyabr 2023
0
Prezident sərəncam imzaladı
Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhəri Qaradağ rayonunun inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncamın əlavəsindəki yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 23,74 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilsin”.
İqtisadiyyat Nazirliyinə, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Daha çox xəbər:
Baş nazir İqtisadi Şuranın iclasını keçirdi
İqtisadiyyatValeh Ələsgərova yeni VƏZİFƏLƏR VERİLDİ
Gündəm / SiyasətAzərbaycanda yüksək vəzifəyə gedən deputatlar - SİYAHI
Gündəm / Cəmiyyətİlham Əliyev 1 sərəncam, 2 fərman imzaladı
Gündəm / Siyasətİlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində - FOTOLAR
Gündəm / Siyasət