Gündəm / Dünya
03 noyabr 2023
0
Türk dövlətlərinin liderləri Şuşada toplaşacaq

Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi toplantısı keçiriləcək.
Bu barədə noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə qeyd edilib.
Toplantının gələn il keçirilməsi planlaşdırılır.
"Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçıları Azərbaycanın 2024-cü il aprelin sonu və ya mayın əvvəlində Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi toplantısının təşkili təklifini qeyd edirlər", - Bəyanatda vurğulanıb.

Daha çox xəbər:

Dövlət başçıları Ankara bəyannaməsini imzaladılar
Gündəm / Siyasət
Səmərqənddə TDT liderlərinin şərəfinə rəsmi qəbul təşkil olunub
Gündəm / İqtisadiyyat
Türk Dövlətləri Təşkilatı liderləri 12 sənəd imzaladılar
Gündəm / Siyasət
Türk dövlətləri normallaşma prosesini dəstəkləyir
Gündəm / Siyasət
İlham Əliyev Qazaxıstana səfər edəcək
Gündəm / Siyasət