Gündəm / Cəmiyyət
06 noyabr 2023
0
Ana qızı ilə intihar etməyib, yıxılıb - Mətbuat katibi AYDINLIQ GƏTİRDİ
“Paytaxtın Qaradağ rayonunda ana və qızı ehtiyatsızlıqdan yaşayış binasının 9-cu mərtəbəsinin eyvanından yıxılıblar. Təəssüf ki, bəzi kütləvi informasiya vasitələri yanlış informasiya yayaraq bədbəxt hadisəni, intihar kimi yayaraq çaşqınlıq yaradıblar”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu KİV-in yaydığı xəbərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hadisə əslində belə olub:
“Yaşadıqları evin eyvanında aynaları silən yeniyetmə qız ehtiyatsızlıqdan yıxılma təhlükəsi ilə üzləşib. Son anda qızını xilas etmək istəyən anası da müvazinətini itirərək onunla birlikdə yıxılıb.
Hadisə nəticəsində ana yerindəcə dünyasını dəyişib, qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır”.
Xatırladaq ki, dünən əksər xəbər saytları Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınan hadisəni intihar kimi təqdim ediblər.
Bi xəbərlərdə bildirilib ki, 1984-cü il təvəllüdlü Pərvanə Tarverdiyeva və qızı 2008-ci il təvəllüdlü Zeynəb Tanverdiyeva 9-cu mərtəbədən özünü atıb.
Daha çox xəbər:
Sabirabadda ana, oğlu və qızı BIÇAQLANDI
Gündəm / Hadisəİki yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü
HadisəBakıda ana və uşağının binadan yıxılıb ölməsi barədə cinayət işi başlandı
Gündəm / DünyaAzərbaycanda DƏHŞƏT: Ana və azyaşlı övladı ocaqda yandı
Gündəm / HadisəAzərbaycanda 4 uşaq anası özünü öldürdü
Hadisə