Gündəm / Hadisə
17 noyabr 2023
1
Azərbaycanda 2 gömrük əməkdaşı HƏBS OLUNDU
"Sədərək" postundan rüşvətlə dərman keçirilməsinə görə 2 gömrük əməkdaşı həbs olunub.
"Sədərək" gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda başlanan cinayət işi üzrə istitaq davam etdirilir.
Həmin cinayət işi üzrə Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun iki əməkdaşı təqsirləndirilən şəxs qismində cəlb edilərək, Cinayət Məcəlləsinin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-1.2.3 ( külli miqdarda törədildikdə ) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan olunub. Onların barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtidai istintaq davam etdirilir.
Daha çox xəbər:
Rüşvət alan gömrük əməkdaşlarına cinayət işi açıldı
Gündəm / HadisəDTX-nin saxladığı gömrükçülər barədə - Qərar
Gündəm / HadisəGömrük Komitəsinin əməkdaşı külli miqdarda rüşvətə görə həbs edildi
Gündəm / HadisəDTX Naxçıvanda həbslərə başladı - 132 milyonluq yeyinti
Gündəm / HadisəBeynəlxalq axtarışa verilən şəxs Moldovadan Azərbaycana ekstradisiya edildi
Gündəm / Hadisə