Gündəm / İqtisadiyyat
22 noyabr 2023
0

Azərbaycan nefti ucuzlaşdı


Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Azərbaycan neftinin bir barelinin qiyməti 1,13 ABŞ dolları, yaxud 1,3% azalaraq 85,73 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 ABŞ dollarına satılıb.