Gündəm / Cəmiyyət
23 noyabr 2023
0
Xüsusi təyinatlılar Azərbaycan və Türkiyə bayraqları ilə helikopterlərdən gəmiyə eniblər - VİDEO

Qardaş ölkə Türkiyədə “Doğu Akdeniz-2023” beynəlxalq təliminin noyabrın 23-də “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
“Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı donanma admiralı Ercüment Tatlıoğlu ilə yanaşı Azərbaycan HDQ-nin, eləcə də digər dost və müttəfiq ölkələrin nümayəndələri də iştirak ediblər.Qonaqlar təlimin növbəti epizodları üzrə tapşırıqların icrasını izləyiblər. Ssenariyə əsasən baş vermiş zəlzələ səbəbindən vətəndaşların, o cümlədən yaralıların sahildən TCG Anadolu gəmisinə təxliyəsi tapşırıqları uğurla yerinə yetirilib.Helikopterlərdən gəmiyə enən hərbi qulluqçuların Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırması böyük maraqla qarşılanıb.Azərbaycan HDQ Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyətinin də iştirak etdiyi “Doğu Akdeniz-2023” beynəlxalq təliminin gedişatı müsbət qiymətləndirilib.

Daha çox xəbər:

Liderlər təlimdə iştirak edən hərbçiləri təbrik etdilər - VİDEO
Gündəm / Siyasət
Azərbaycan HDQ-nin qərargahında Rusiya nümayəndə heyəti ilə görüş keçirilib
Gündəm
Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimləri başa çatdı - VİDEO
Gündəm / Cəmiyyət
“Mustafa Kamal Atatürk - 2023” təlimindən yeni - Video
Gündəm / Cəmiyyət
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Azərbaycanda
Gündəm / Cəmiyyət