Gündəm / Cəmiyyət / Foto
16 may 2020
191
HACI ƏBDÜLÜN 40 MƏRASİMİ KEÇİRİLDİ.

Milliinfo.az tanınmış kommunist Ədalət Abdinovun Facebook səifəsində "Vətən Naminə Xalq Hərəkatı " İçtimai Birliyinin və “Tövbə” Cəmiyyətinin sədri, İmam Hüseyn məscidinin axundu Hacı Əbdülün 40 -mərasiminin keçirilməsi barədə məlumat yayıb.Məlumatda bildirilir ki , Hacı Əbdül Əbdülov xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində seçilən ictimai fəallardan biri olmuşdur. Ö öz qətiyyəti ilə ən taleyüklü məqamlarda cəsarətli vətəndaş mövqeyini bildirmişdi. Çağdaş tariximizdə onun özünə məxsus yeri vardır.
Dəyərli xidmətləri ilə yaddaşlarda iz qoyan Hacı Əbdül mənalı və şərəfli həyat yolu ilə layiqli bir ibrət məktəbidir. Onun xarakterində və fəaliyyətində dogma xalqına bağlılıq və təəssübkeşlik çox güclü idi. Vətəni, xalqı qarşısında bir vətəndaş olaraq xidmətlərinə görədir ki, onun adını tanıyanlar yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə qeyd edirlər.
Həyatını milli ruh və azərbaycançılıq məfkurəsinin yüksəlməsinə xidmət etmiş mərhum Hacı Əbdülün bü gün 40 mərasimi idi. Uzun illər yaxından tanıdığım bu unudulmaz insanın anım mərasiminə qatıldım və məzarını ziyarət etdim.
Tanrı ruhunu şad etsin!
Ədalət Abdinov

Daha çox xəbər:

Bunu etsəniz Orucunuz pozulacaq -Hacı Şahindən vacib müraciət
Gündəm
İndiki şəraitdə kütləvi iftar mərasimi verənlər günah edirlər - Hacı Şahin
Cəmiyyət
ÖLKƏ Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
Mədəniyyət
Milli Məclisin komitə iclasında Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklərlə bağlı ictimai müzakirələr keçirilib
Siyasət
Şuşada erməninin 9 tankını məhv edən Milli Qəhrəman
---