Gündəm / Siyasət
02 dekabr 2023
0
İlham Əliyev Laos Prezidentini təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Laos arasında dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Daha çox xəbər:
İlham Əliyev Braziliyanın dövlət başçısını təbrik etdi
Gündəm / Siyasətİlham Əliyev yunanıstanlı həmkarına məktub göndərdi
Gündəm / SiyasətDövlət başçısı Maki Sallanı təbrik etdi
Gündəm / Siyasətİlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Gündəm / SiyasətPrezident İlham Əliyev israilli həmkarını təbrik edib
Siyasət