Gündəm / Cəmiyyət
05 dekabr 2023
0
Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir

Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir.
Rusiyanın XİN başçısı Sergey Lavrovun sədrliyi ilə keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və Türkmənistanın XİN başçısı Rəşid Meredov iştirak edirlər.
Tərəflər Xəzəryanı əməkdaşlığın inkişafına yönəlmiş qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.
Tədbir çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovun həmkarları ilə ikitərəfli görüşləri gözlənilir.(APA)

Daha çox xəbər:

Rusiya, İran və Türkiyə XİN rəhbərləri BMT-də Astana formatında görüş keçirdilər
Gündəm / Dünya
İran XİN rəhbəri Rusiyaya gedəcək
Gündəm / Dünya
Ceyhun Bayramov Lavrovla danışdı - YENİLƏNİB
Gündəm / Siyasət
Ceyhun Bayramov Lavrovla görüşdü - YENİLƏNİB
Gündəm / Siyasət
İranın XİN rəhbəri Türkiyəyə getdi - YENİLƏNİB
Dünya