Gündəm / Cəmiyyət
05 dekabr 2023
1
Şuşanın bir sıra kəndləri Xocalıya verilib

Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan bir sıra kəndlər Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil ediləcək.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində qeyd olunub.
Belə ki, Şuşanın Malıbəyli kənd inzibati dairəsi tərkibindəki Malıbəyli kəndinin, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndlərinin Xocalı ərazisinə daxil edilməsi nəzərdə tutulub.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Daha çox xəbər:

Qarabağda 8 rayonun ərazi bölgüsü ilə bağlı dəyişikliyin SƏBƏBİ
Gündəm / Cəmiyyət
Gəncənin Nizami və Kəpəz rayonları ləğv olunur
Gündəm / Cəmiyyət
Malıbəyli və Quşçular qətliamından 30 il ötür
Gündəm / Cəmiyyət
Gəncənin Nizami və Kəpəz rayonları ləğv olundu
Gündəm / Cəmiyyət
İki rayonun ləğv edilməsi plenar iclasa tövsiyə olundu - YENİLƏNİB
Gündəm / Cəmiyyət