Gündəm / Cəmiyyət
27 dekabr 2023
0

Ağdamda minaya düşən Zaur Bakıya gətirildi

Ağdamda minaya düşən Zaur Bakıya gətirildi


Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdamda minaya düşən əməkdaşı Bakıya təxliyə olunub.

ANAMA-dan verilən məlumata görə, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunda ilkin müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb.

"Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərildikdən sonra stasionar müalicəsinin davamı məqsədilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib, həyatı təhlükəsi yoxdur. Xəsarət alan əməkdaşın durumu ilə bağlı əlavə məlumat veriləcək. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin yaradılmasında iştirak edən hər bir əməkdaşın həyat və sağlamlığı Agentlik üçün xüsusi önəm kəsb edir, hər zaman diqqət mərkəzində saxlanılır", - məlumatda bildirilib.