Gündəm / Cəmiyyət
29 dekabr 2023
1

12 yaşlı qız 32 yaşlı şəxslə nişanlandı - Rəsmi açıqlama

12 yaşlı qız 32 yaşlı şəxslə nişanlandı - Rəsmi açıqlama

Sabirabad rayonunda 12 yaşlı nişanlanması müzakirələrə səbəb olub.

“Təsir dairəsi” verilişində 12 yaşlı qızın nişan görüntüləri yayımlanıb.

Bildirilib ki, Sabirabadın Məmişli kəndində ailələrin razılığı ilə 12 yaşlı qızla 32 yaşlı kişi nişanlanıb. Cütlük arasında 20 yaş fərqinin olması, qızın hələ yeniyetmə çağına yeni daxil olması kəskin reaksiyalara səbəb olub.

Həmçinin bu xəbəri oxuyun: Евроинтеграция Грузии не создает никаких проблем для Азербайджана

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub:

“Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.