Gündəm / Siyasət / Cəmiyyət
02 iyun 2020
67
Iran dövləti islam inqlabının liderinin vəfatının 31-ci ilini qeyd edir

İmam Xomeyninin siyasi məktəbinin iki başlıca xüsusiyyəti var: Birincisi İslam Respublikasının ruhunu, canını-qanını təşkil edən İslam şəriəti, ikincisi isə xalq hakimiyyəti və seçkilər yolu ilə işlərin xalqa həvalə edilməsidi İmam Xomeyni məktəbinə görə, İslam dövlətində bütün işlərdə, qanunvericilikdə, siyasətlərin müəyyən edilməsində, vəzifə təyinatları və vəzifədən kənarlaşdırmalarda, ictimai münasibətlərdə və digər məsələlərdə dövlətin həqiqət və mahiyyəti olaraq, İslam şəriətinə tam diqqət yetirilməlidir. Eyni zamanda, bu siyasi-mədəni sistemdə işlərin idarəçiliyi elə həmin şəriətdən qaynaqlanan xalq hakimiyyətinə əsaslanır və camaat birbaşa və ya dolayısı ilə bütün ölkə rəsmilərinin seçimində iştirak edir.
Məzluma kömək, zülmə qarşı mübarizə və zalımların ehtişamını açıq-açığına dağıtmaq İmam Xomeyni məktəbinin başlıca elementlərindən biridir.Düşmənləri vaxtında tanıması, onlara qarşı tam sayıqlığı və mübarizliyi İmam Xomeyninin ağıl və müdrikliyinin daha bir təzahürüdür. O, bərəkətli həyatı boyunca düşmənlərin qarşısında daim dağ kimi möhkəm durdu.
Dahi İmam Xomeyni imperialist dövlətlər qarşısında qətiyyətli, sarsılmaz bir şəxsiyyət idi, eyni zamanda, yoxsul və zəif təbəqənin qarşısında sevgi, emosionallıq, mehribanlıq və nəzakət mücəssəməsi kimi çıxış edirdi.
Odur ki, İmamın xarici siyasətinə nəzər saldıqda, görürük ki, o, beynəlxalq arenadakı quldur dövlətlər, imperialistlər qarşısında açıq-aşkar müxalif mövqe tutur, bu məsələdə heç kimi və heç nəyi nəzərə almırdı. Məhz buna görə də, İmam dünyanın soyğunçu, imperialist, hegemon dövlətləri ilə məzlumların qarşıdurmasında məzlumlarn cəbhəsində yer alırdı; bunu birbaşa, heç kimi və heç nəyi nəzərə almadan, çəkinmədən, açıq-aşkar deyirdi. O, bütün dünyadakı məzlumların ciddi tərəfdarı idi, imperiaslitlərlə heç cür barışığa getmək niyyətində deyildi. Amerikanın ünvanına deyilmiş "böyük şeytan” ifadəsi ilk dəfə İmamın işlətdiyi heyrətamiz bir bənzətmə idi. Bu ifadənin daşıdığı məna yükü və onun əməli dəyəri çox böyükdür. İnsan hansısa şəxsi, hansısa qurumu şeytan hesab edirsə, aydındır ki, ona qarşı davranışı, hiss və emosiyaları necə olmalıdır. İmam son günə qədər Amerikaya məhz bu hisslərlə yanaşdı. O, Amerika haqda "böyük şeytan” ifadəsini həm dildə işlədir, həm də buna bütün qəlbi ilə inanırdı.
İmam Xomeyninin ideoloji məktəbində öz əksini tapan birinci məsələ Həzrət Muhəmməd peyğəmbərin (s) yer üzünə gətirdiyi əsl İslamın təsbit, amerikasayağı İslamın isə inkar edilməsidir. İmam əsl İslamı amerikasayağı İslamla qarşı-qarşıya qoyurdu. Amerikasayağı İslam nədir? İstər bu dövrdə, istər İmamın yaşadığı dövrdə, istərsə də bütün dövrlərdə – bizim bildiyimiz qədər; ola bilsin ki, hələ gələcəkdə də belə olacaq – amerikasayağı İslamın yalnız iki qolu olub: biri sekulyar İslam, ikincisi isə mürtəce İslam. Elə buna görə də, İmam Xomeyni sekulyar təfəkkürə malik, yəni dini, cəmiyyəti, insanların sosial davranışlarını İslamdan ayrı görmək istəyən insanları dinə mürtəce yanaşmanın daşıyıcısı olan insanlara bərabər tutur, eyni sırada görürdü; dinə mürtəce yanaşma dedikdə, yeni fikirli insanların dərk edə bilmədiyi, yanlış əsaslara və fanatizmə söykənən gerilikçi yanaşma nəzərdə tutulur. İmam bunların hər ikisini həmişə birgə qeyd edirdi.
İmam Xomeyninin nəzərində əsl İslam zaman və məkanın tələblərinə uyğun, aydın yanaşma ilə, bəşər və İslam cəmiyyətinin hazırkı ehtiyaclarını, düşmənin istifadə etdiyi üsulları bilərək, teoloji mərkəzlərdə işlənib püxtələşmiş və oturuşmuş elmi metodlarla tədqiq olunaraq əldə edilmiş, Quran və sünnəyə əsaslanan İslamdır.İmamın (r.ə) ideoloji məktəbində "saray axundları”nın və İŞİD-in İslamı elə İsrail və Amerikanın cinayətlərinə etinasız yanaşan, gözünü böyük dövlətlərə dikmiş İslamın tayıdır və bunların hər ikisi qəbuledilməzdir.
Bir sözlə, Dahi liderimiz İmam Xomeyni (r.ə) ilahi vədlərə və onların doğruluğuna həmişə inanır və bunun tam əksi olaraq, dünyanın imperialist güclərinin vədlərinə qəti surətdə etimad etmirdi.İmamın bütün varlığında, qərarlarında və davranışlarında Allaha, xalqa və özünə inam sözün əsl mənasında əks olunurdu.
İmam Yaradana doğru mənəvi yüksəliş, zikr, Allah qarşısında tam itaətkarlıq və sitayiş əhli idi. O, Allaha sonsuz ümid və təvəkkül etsə də, daim rasionallığa, ağıl və tədbir əsasında davranmağa, yüz ölçüb, bir biçməyə böyük önəm verirdi. Eynilə mənəviyyat və rasionallıq kimi, ədalətə də dində və Quranda buyurulan formada riayət edirdi.
İmam Xomeyninin (r.ə) ictimai məktəbinə gəldikdə, İmam ölkə müstəvisində yoxsul və zəif təbəqələrin himayə olunmasının ciddi tərəfdarı idi. O, iqtisadi bərabərsizliyi, zəngin insanların dəbdəbəli, aristokratik həyat sürməsini çox kəskin və barışmaz surətdə rədd edirdi. İmam bir yandan cəmiyyətdə yoxsulluğun kökünün kəsilməli olduğunu vurğulayır, digər tərəfdənsə rəsmilərə saray həyatına, dəbdəbəyə, aristokratik həyat tərzinə rəğbət bəsləmək xarakterindən uzaq durmalı olduqları barədə xəbərdarlıqlar edir, kasıb təbəqəyə yardımçı olmağa çağırırdı. İmam dönə-dönə deyirdi ki, məhz daxmalarda, yoxsulluq içində yaşayanlar çətinlik və problemlərdən heç bir narazılıq etmədən bu meydanları doldururlar. Halbuki maddi nemətlərdən daha çox yararlananlar çətinliklə qarşılaşdıqda, daha çox etiraz bildirirlər.
Bu böyük dərslər heç bir halda unudulmamalıdır! (Ali Rəhbər Ayətullah Xameneinin 4 İyun 2015-ci il çıxışından iqtibas.)[/justify]
Milliinfo.az

Daha çox xəbər:

Ramazan ayının başlaması münasibətilə İranın səfiri Azərbaycan xalqını təbrik etdi
Cəmiyyət / Mədəniyyət
İranın ali dini rəhbərinin nümayəndəsi ermənilərin Qarabağdan rədd olmasını tələb etdi
Siyasət / Cəmiyyət / Dünya
İranın Bakıdakı Səfirliyinin Ramazan Bayramı Təbriki
Dünya
Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?
Gündəm
Dünyaya səs salan şəhid Qasim Süleymani
Gündəm / Siyasət / Cəmiyyət