Gündəm / Cəmiyyət
30 dekabr 2023
1
Bu xəstəxanada rentgen-müayinə fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən verilən məlumata görə, bu çərçivədə, agentlik tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 2 saylı Klinik Psixiatriya Xəstəxanasında keçirilmiş planlı yoxlama zamanı rentgenoqrafiya avadanlığının qeydiyyatda olmadığı, həmçinin ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün müvafiq icazənin olmadığı müəyyən edilib.
Aşkar edilmiş pozuntularla əlaqədar agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.

Daha çox xəbər:

Rentgen müayinəsinə gedərkən diqqətli olun! - Əhaliyə müraciət
Gündəm / Cəmiyyət
“Orxan-Vüsal” MMC-nin fəaliyyəti dayandırıldı (VİDEO)
Gündəm / Cəmiyyət
FHN dezinfeksiya işlərini davam etdirir - VİDEO
Cəmiyyət / Sosial
İçki satılan obyektlə bağlı protokol tərtib edildi
Cəmiyyət
Bəzi modul tipli xəstəxanaların fəaliyyəti dayandırıldı
Gündəm / Cəmiyyət