Gündəm / Dünya
05 yanvar 2024
7
Yeni müharibə? - Şimali Koreya cənuba 200 mərmi atıb, təxliyə gedir...

Cənubi Koreya Sarı dənizdəki Yonpyonq adasının boşaldılmasını elan edib.
Hakimiyyət bunu KXDR tərəfindən mümkün təxribat kimi izah edib.
Məlum olub ki, Pxenyan qərb sahilindən Cənubi Koreya adalarına doğru 200-ə yaxın artilleriya mərmisi atıb və Cənubi Koreya ordusu “cavab tədbirləri” həyata keçirir.
"Yonhap"ın səlahiyyətlilərə istinadla verdiyi məlumata görə, Seul Şimali Koreyanın hərbi təxribatının açıq əlamətləri şəraitində mülki şəxslərə sığınacaqlara təxliyyə edilməsini əmr edib. Əmr Cənubi Koreya hərbçilərinin tələbi ilə saat 12:02-də verilib və yerli vaxtla saat 12:30-da təkrarlanıb.
Cənubi Koreyanın Birləşmiş Qərargahından jurnalistlərə bildirilib ki, Şimali Koreya Yonpyonq adası yaxınlığında 200-ə yaxın atəş açıb. Mülki sakinlərdən və hərbçilərdən xəsarət alan olmayıb. Mərmilər Seulda faktiki dəniz sərhədi hesab edilən şimal demarkasiya xəttinin şimalına düşüb.
"Associated Press"in məlumatına görə, Şimali Koreya artilleriya təlimləri keçirib. Agentliyin məlumatına görə, Yonpyonq adasının boşaldılması Cənubi Koreya hərbçilərinin cavab təlimləri keçirmək planları ilə bağlıdır.
2010-cu ildə Yonpyonq adası KXDR tərəfindən atəşə tutulub. Pxenyan 170 artilleriya mərmisi atıb və nəticədə 4 nəfər həlak olub.

Daha çox xəbər:

Şimali Koreya lideri Kim Çen İr vəfat edib
Hadisə / Dünya
Koronavirus tapılmış Ukraynanın birinci xanımı ikitərəfli sətəlcəm olub, Pakistanı valeh edən Türkiyə serialı, Şimali Koreya Cənubi Koreyanı sərhədə qoşun yeridəcəyi ilə hədələyir?
Siyasət / Dünya
Koronavirus xəstəsi Şimali Koreyadan qaçarkən vuruldu
Siyasət / Dünya
Şimali Koreya lideri orta yaş sindromuna düçar olub
Gündəm / Dünya
Kim Çen In ölkəsində intiharı qadağan etdi
Gündəm / Dünya