Gündəm / Dünya
05 yanvar 2024
1
Finlandiya Rusiyanın nüvə yanacağı üçün tranzit ölkə olmağa davam edir
Finlandiya Rusiya nüvə yanacağı üçün tranzit ölkə olaraq qalır.
Bu barədə TASS-a Finlandiyanın Radiasiya və Nüvə Təhlükəsizliyi Təşkilatının mətbuat xidmətinin nümayəndəsi Risto İsakson məlumat verib.
“Nüvə yanacağının özü sanksiyalara məruz qalmır və nüvə yanacağına qarşı sanksiyalar tətbiq olunana qədər tranzitin davam edəcəyini gözləmək olar”, - deyə İsakson bildirib.
O əlavə edib ki, Rusiya nüvə yanacağının sonuncu göndərilməsi 2023-cü ilin dekabrında baş tutub. 2022-ci ilin noyabrında yanacaq Lappeenrata hava limanından göndərilib. Sonrakı çatdırılmalar Helsinki hava limanı vasitəsilə həyata keçirilib.
Qeyd olunub ki, Rusiya ilə Avropa arasında hava nəqliyyatının olmaması səbəbindən Finlandiya vasitəsilə tranzit daşıma 2022-ci ilin payızında başlayıb.
Daha çox xəbər:
Bu, bizə imkan verir ki, dünya liderləri arasında olaq - Putin
Gündəm / Dünyaİsrail İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq
Gündəm / DünyaLavrov Putinin bu sözlərini TƏKZİB ETDİ
Gündəm / DünyaKadırovçular nüvə təhlükəsizliyinə nəzarət edən bir neçə nəfəri öldürdü
DünyaKremldən erməni jurnalistə CAVAB
Gündəm / Dünya