Gündəm / Cəmiyyət
16 yanvar 2024
11
Rayon prokuroru təyin edilən qadınların sayı 4-ə çatdı
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Xızı və Samux rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Xəyalə Aslanova və Könül Ələsgərova həmin vəzifələrə təyin olunub.
Xəyalə Aslanova 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub. Əvvəllər Binəqədi rayon prokurorluğunda müstəntiq, Bakı şəhər prokurorluğunda şöbə, Baş Prokurorluqda isə idarə prokuroru vəzifələrində çalışıb.
Könül Ələsgərova isə 2014-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub. Bu təyinata qədər Qax və Nizami rayon prokurorluqlarında müstəntiq və prokuror köməkçisi, bundan başqa Baş şəhər prokurorluğunda şöbə prokuroru və Bakı şəhər prokurorunun böyük köməkçisi vəzifələrində çalışıb.
Bununla da, prokurorluq orqanlarında rayon prokuroru kimi çalışan qadın əməkdaşların sayı 4-ə çatıb.
Prokurorluq orqanlarında islahatlar davam etdirilərək gender bərabərliyinə xüsusi əhəmiyyət verilməklə gənc, peşəkar və savadlı kadrların komplektləşdirilməsi bundan sonra da həyata keçiriləcək.

Daha çox xəbər:

Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişikliyi olub
Gündəm / Cəmiyyət
Daha bir rayonun prokuroru işdən çıxarıldı - RƏSMİ
Siyasət
Kamran Əliyev 3 prokuroru təqaüdə göndərdi
Gündəm / Cəmiyyət
Kamran Əliyev Naxçıvan Prokurorluğunda 2 nəfəri İŞDƏN ÇIXARDI
Gündəm / Cəmiyyət
Kamran Əliyev Baş prokuror vəzifəsinə təyin edildi - SƏRƏNCAM 1 May, 2020 13:43 472
Siyasət / Cəmiyyət