Gündəm / Cəmiyyət
18 yanvar 2024
0
Regionlarda iş yerləri açılsın - Komitə sədrindən çağırış

Əmək bazarına təxminən ildə 130 min insanın işlə təmin olunması məsələsi var. Ölkəmizdə kifayət qədər iş yerləri olsa da koordinasiya məsələsində ciddi problemlər var.
Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
“Regionlarda iş yerlərinin açılmasına biz diqqəti yönəltməliyik. Qarabağ və Şərqi Zəngəzurda iş yerləri açılır, ora bərpa edilir, digər bölgələri də biz nəzərdən qaçırmamalıyıq. Qeyd edim ki, Bakı və Abşeron həddən artıq yüklənib. Ona görə də digər bölgələrdə də sosial infrastrukturun qurulması bizim dövlətimizin qarşısında duran əsas məsələdir. Bu sahədə də komitə tərəfindən ciddi dinləmələrin keçirilməsi vacibdir”, - o qeyd edib.

Daha çox xəbər:

Parlamentdə deputatlar arasında gərginlik
Gündəm / Cəmiyyət
Gələn il pensiyalar nə qədər artacaq? - RƏSMİ CAVAB - VİDEO
Gündəm / Sosial
Pensiyalarla bağlı millət vəkilindən VACİB AÇIQLAMA
Sosial
Gələn il pensiyalar bu qədər artacaq
Gündəm / Cəmiyyət
"Tək pensiyaçılara deyil, digər vəfat edənlərə də dəfn pulu verilsin! - TƏKLİF
Gündəm / Cəmiyyət