Gündəm / Dünya
23 yanvar 2024
0
NATO 1.2 milyardlıq sursat alır – Müqavilə
NATO 155 mm-lik artilleriya sursatlarının alınması üçün 1,2 milyard dollarlıq müqavilə imzalayıb.
Bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Biz elə indicə 1,2 milyard dollar dəyərində 155 mm-lik artilleriya sursatının alınması üçün müqavilə bağladıq. Bu, NATO-ya öz müttəfiqlərini qorumaqla yanaşı, Ukraynaya yardımı davam etdirməyə imkan verəcək”, - Stoltenberq bildirib.
NATO Dəstək və Satınalma Agentliyinin baş direktoru Steysi Kamminqs isə bildirib ki, üzv ölkələr sursatları imzalanmış müqaviləyə əsasən 24-36 ay ərzində alacaqlar.

Daha çox xəbər:

Gürcüstan və Ukrayna NATO-ya üzv olacaq
Gündəm / Dünya
“Ukraynada uzunmüddətli müharibəyə hazırlaşmalıyıq”
Gündəm / Dünya
NATO Rusiyanın hücumuna qarşı plan hazırlayıb
Gündəm / Dünya
NATO bu ölkədə yeni döyüş qrupları yerləşdirir
Gündəm / Dünya
Rusiyadan Finlandiyaya TƏHDİD: "NATO-ya üzv olsanız..."
Gündəm / Dünya