Gündəm / İdman
24 yanvar 2024
0

Baş məşqçi millidən QOVULDU


Qana millisinin baş məşqçisi Kris Hyuton istefaya göndərilib.

Bu barədə Qana Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, komandanın uğursuz çıxışı çalışdırıcının vəzifəsindən ayrılmasına səbəb olub. Qurum onunla birlikdə köməkçilərini də yola salıb.

Qeyd edək ki, Qana yığması Afrika Millətlər Kubokunda yer aldığı qrupda üçüncü yeri tutub və 1/8 finala yüksələ bilməyib.