Gündəm / Cəmiyyət
25 yanvar 2024
0
Bu il Cəbrayıla köç olacaq: 33 yaşayış binası tikilir - Video

Bu il Cəbrayıl şəhərinə köç olacaq.
Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi salınır. Kompleksdə 4-5 mərtəbəli olmaqla, 33 yaşayış binası tikilir. Bu binalarda 712 mənzil olacaq.
Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra edilir.
Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2158 keçmiş məcburi köçkün məskunlaşacaq.

Daha çox xəbər:

İlham Əliyev Cəbrayıla səfər etdi
Siyasət / Gündəm
Prezident Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış oldu - FOTOLAR
Gündəm / Siyasət
İlham Əliyev 2 sərəncam imzaladı
Gündəm / Siyasət
Zəngilanın daha 127 sakini doğma yurduna yola salınıb - YENİLƏNİB
Gündəm / Cəmiyyət
Daha 95 nəfər Ağalıya yola salınıb
Sosial / Gündəm