Gündəm
18 iyun 2020
61
Ağdamda yeniyetmə əkin sahəsindən tarixi əşyalar tapıb - FOTO
Milliinfo.az
Ağdam rayonunda əkin sahəsindən maddi-mədəniyyət nümunələri tapılıb.
"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, Ergi qəsəbəsinin sakini, 2006-cı il təvəllüdlü İlqar İsmayılov təsərrüfat sahəsində əkin işləri apararkən aşkarlayıb.
Belə ki, ərazidə qədim əşyalar, xüsusilə də küp qırıqları tapılıb. Ancaq onların hansı dövrə aid olması barədə heç bir məlumat yoxdur.
Hazırda VIII sinifdə təhsil alan İlqar İsmayılov əraziyə arxeoloqların gəlməsini istəyir. Qəsəbə sakini hesab edir ki, ərazidə arxeoloji qazıntı işləri aparılsa, yaşayış məntəqəsinin tarixi barədə ətraflı məlumat öyrənmək olar.
Qeyd edək ki, İ.İsmayılov tapdığı qədim əşyaları Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil vermək istəyir.

Daha çox xəbər:

Bakıda iki yeniyetmə qardaşa qarşı İYRƏNC HƏRƏKƏT
Hadisə
Azərbaycanda yeniyetmə faciəvi şəkildə öldü
Hadisə
Yevlaxda zibillikdən əl qumbarası və partladıcı tapılıb - FOTO
Hadisə
Məktəblilər üçün şad xəbər: mayın 18-dək pulsuz olacaq
Təhsil
İçərişəhərdə təmir və bərpa işləri ilə bağlı son durum
Mədəniyyət