Gündəm / Siyasət
26 yanvar 2024
0
Rusiya Rəsulzadə ilə bağlı Bakıya müraciət edib - Şok
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçirdiyi brifinqdə erməni jurnalist Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı provokativ sual ünvanlayıb.
Erməni jurnalist Zaxarovaya Prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladığını xatırladıb və əlavə edib ki, ADR qurucusu Böyük Vətən Müharibəsi illərində nasistlərin lideri Adolt Hitlerlə SSRİ-yə qarşı “əməkdaşlıq edib” və Azərbaycan legionunun yaradılmasından “iştirak edib”.
“Biz bu məsələ ilə bağlı qiymətləndirmələrimizi Azərbaycan tərəfinə çatdırmışıq və onlarla əlaqə saxlayırıq”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Daha çox xəbər:
Rusiya Rəsulzadə ilə bağlı Bakıya müraciət edib - Şok
Gündəm / SiyasətRusiyadan Bəxtiyar Ersayın Azərbaycandakı təyinatına - Münasibət
Gündəm / SiyasətMəhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Gündəm / CəmiyyətRusiya XİN sözçüsü ilə müxalifət lideri arasında debat olacaq
Siyasət / DünyaQərb erməni xalqının taleyinə biganədir - Zaxarova Bakı-İrəvan münasibətləri barədə
Gündəm / Hadisə