Gündəm / Cəmiyyət
29 yanvar 2024
1

Qaribaşvilidən sonra bütün hökumət istefaya gedir

Qaribaşvilidən sonra bütün hökumət istefaya gedir

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ardınca bütün hökumət istefaya gedir.

Gürcüstan Konstitusiyasına əsasən, Baş nazirin səlahiyyətləri onun istefasından dərhal sonra başa çatır, hökumət isə yeni baş nazir təyin olunana qədər öz vəzifələrini icra etməyə davam edir. Hökumət başçısının vəzifələri Baş nazirin birinci müavininə həvalə edilir.

Ölkənin bütün nazirləri nazir səlahiyyətlərini müvəqqəti icra edəcəklər. İndi Gürcüstan parlamentinin yeni baş nazirə və onun təqdim etdiyi hökumətə etimad göstərməsi üçün iki həftə vaxtı var.

“Gürcüstan hökumətində baş nazir dəyişikliyi ilə bağlı kadr dəyişiklikləri altı qurumun rəhbərinə də təsir edəcək”, - “Mtavari Arxi” teleşirkəti mənbələrinə istinadən məlumat yayıb. O cümlədən Xarici İşlər, Ədliyyə, Səhiyyə, Müdafiə və Mədəniyyət nazirliklərinin rəhbərləri dəyişdiriləcək.

Etimad qazanmaq üçün hökumət azı 76 parlament üzvünün dəstəyini almalıdır.

Qeyd edək ki, bu gün İrakli Qaribaşvili baş nazir postundan istefa verib.(Report)