Gündəm / Dünya
01 fevral 2024
0
ABŞ-ın Yunanıstana pulsuz verdiyi hərbi təyyarələrlə bağlı ŞOK İDDİA
Vaşinqtonun Afinaya pulsuz göndərməyi planlaşdırdığı hərbi texnikalar metal qırıntılarıdır. Bu texnikaları qaydaya salmaq üçün yüz milyonlarla avro lazımdır.
Bu barədə Yunanıstanın “Demokratiya” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.
"Hərbi mənbələr Nevada ştatında Yunanıstana pulsuz vəd edilən iki C-130 hərbi-nəqliyyat təyyarəsinin yararsız vəziyyətdə olduğunu bildirir", - məlumatda deyilir.
Qeyd olunub ki, təyyarələrin yenidən istismara verilməsi üçün 110 milyon avrodan çox investisiya lazımdır. Bu alqı-satqıdan sonra ictimaiyyətin Yunanıstan hökumətinə bir çox sualları var ki, onlara cavab vermək mümkün deyil.
Daha əvvəl bildirilib ki, Yunanıstan Ukraynaya on milyonlarla avro dəyərində istifadə müddəti bitmiş əlavə silah və ya sursat sata bilər.
Daha çox xəbər:
Sərnişinlərə ŞAD XƏBƏR - Yükləri daşımaq üçün pulsuz xidmət
CəmiyyətUkraynaya misli görülməmiş yardım edilir - 500 milyon avro
Gündəm / DünyaTürkiyə ilə Yunanıstan arasında hərbi münaqişə riski: Bakı-Ankara müştərək gücü işə düşə bilər – TƏHLİL
Gündəm / DünyaPulsuz çimərliklərlə bağlı işlər davam etdiriləcək
Gündəm / CəmiyyətAlmaniya Ukraynaya 6 “Biber” tank körpüquran göndərib
Gündəm / Dünya