Gündəm / Dünya
05 fevral 2024
0
Hazırda ölkəmizin 26 faiz ərazisi Rusiya işğalı altındadır - ZELENSKİ
"Hazırda Ukrayna ərazisinin 26%-i Rusiyanın işğalı altındadır".
Bunu İtaliyanın "Rai1" telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"İki ildən sonra dövlətimizi müdafiə etməyi bacarmağımız vacibdir. Milli ərazinin təxminən 26%-i hələ də işğal altındadır, lakin biz görürük ki, Rusiya ordusu ciddi irəliləyiş əldə edə bilmir. Biz onları dayandırdıq", - o vurğulayıb.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 2014-cü ildə isə Krım ilhaq olunub.
Daha çox xəbər:
Ukrayna daha bir yaşayış məntəqəsini azad etdi - RƏSMİ
Gündəm / DünyaAlmaniya Ukraynaya 7 milyard avro ayıracaq
Gündəm / DünyaPutin hərbi vəziyyət elan etdi - Rusiyanın bu şəhərlərində giriş-çıxışlar məhdudlaşdırıldı
Dünya"Ukraynada 4 AES-in hamısı müharibə səbəbindən təhlükə altındadır" - Zelenski
Gündəm / Dünya"Bu, Rusiyanın növbəti cəfəngiyyatıdır" - Zelenski
Gündəm / Dünya