Gündəm / İdman
08 fevral 2024
0

“Qalatasaray” “Qarabağ”ın 16 yaşlı futbolçusunu heyətinə qata bilər



Türkiyənin “Qalatasaray” klubu “Qarabağ”ın 16 yaşlı futbolçusu Nihat İskəndərovu heyətinə qata bilər.

Oyunçu artıq İstanbul klubunun düşərgəsində olub.

O, bir müddət Türkiyə nəhənginin bazasında məşqlər edib. Futbolçu ilə bağlı yekun qərar isə hələ verilməyib.

Qeyd edək ki, “Qarabağ”ın əsas komandasının futbolçusu Toral Bayramov da “Qalatasaray”ın maraq dairəsindədir.