Gündəm / Cəmiyyət
16 fevral 2024
1
“Qarabağ”ın 3 futbolçusu Avropa Liqasının rəmzi komandasında
UEFA Avropa Liqasının pley-off mərhələsində səfərdə Portuqaliyanın “Braqa” klubuna 4:2 hesabı ilə qalib gələn “Qarabağ”ın 3 futbolçusu ilk oyunların rəmzi komandasına düşüb.
“SofaScore” nəşrinin versiyasında qapıçı Andre Lunyov, yarımmüdafiəçilər Marko Yankoviç və Abdulla Zubir 11 oyunçu arasında yer alıb.
Nəşrin qiymətləndirməsinə görə, Lunyov 7,9, Yankoviç 8,0, Zubir isə 9,0 xalla qiymətləndirilib.
Qeyd edək ki, “Qarabağ”ın 4:2 hesabı ilə qalib gəldiyi matçda Abdullah Zubir 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, həm də həftənin futbolçusu adına namizəddir.

Daha çox xəbər:

“Frayburq” və “Qarabağ”ın start heyətləri AÇIQLANDI
İdman
“Qarabağ” Bakıya qayıtdı
Gündəm / İdman
Avropa Liqası: “Olimpiya” və “Qarabağ”ın start heyətləri müəyyənləşib - YENİLƏNİR
Gündəm / İdman
Çempionlar Liqası: "Sürix" və "Qarabağ"ın start heyətləri açıqlanıb
Gündəm / Siyasət
"Qarabağ" Avropa Liqasında vacib matça çıxır
Gündəm / İdman