Gündəm / Hadisə
19 fevral 2024
0
Xaçmazda yaşayış evində partlayış - Xəsarət alan var
Xaçmazın Hülövlü kəndində fərdi yaşayış evində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.
İlkin ehtimala görə, qaz sobasının partlaması nəticəsində baş verən hadisə zamanı 1998-ci il təvəllüdlü Məmmədov Faiq İntiqam oğlu yanıq xəsarətləri alıb.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Partlayış zamanı Faiqin anası Məmmədova Zümrüd Eynulla qızı da evdə olub. Amma o, başqa otaqda olduğundan xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.(AZƏRTAC)

Daha çox xəbər:

Qusarda evdə partlayış: Xəsarət alan var
Gündəm / Hadisə
Evlərindəki partlayışda yaralanan bacı-qardaş vəfat etdi
Gündəm / Cəmiyyət
Ermənistan ordusunun iki əsgəri partlayış nəticəsində xəsarət alıb
Dünya
Cəbrayılda minatəmizləmə zamanı partlayış olub, xəsarət alan var
Gündəm / Cəmiyyət
Məcburi köçkün şəhərciyində partlayış - Yaralılar var
Gündəm / Cəmiyyət