Gündəm / Hadisə
21 fevral 2024
2

Ana 16 yaşlı qızını evdən qovdu: Komitə hərəkətə keçdi


Bakıda ananın 16 yaşlı qızını evdən qovması məsələsi araşdırılır.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

"Məsələ ilə bağlı məlumatımız var, hazırda araşdırma aparılır", - qurumdan bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı Şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan 16 yaşlı qızı anasının evdən qovması və müxtəlif ünvanlarda gecələməli olduğu barədə məlumatlar yayılıb.