Gündəm / Cəmiyyət
24 fevral 2024
0
Baş nazir qərar imzaladı: Ramazan bayramında 5 gün iş olmayacaq

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.
Qeyd edək ki, bu il aprelin 10, 11-i Ramazan bayramıdır. 13 və 14 aprel şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Ramazan bayramı ilə əlaqədar 5 gün - 10, 11, 12, 13 və 14 aprel tarixləri qeyri-iş günü olacaq.
Şənbəyə təsadüf edən 6 aprel isə iş günü olacaq.

Daha çox xəbər:

DİQQƏT! Gələn ay üçün iki iş və qeyri-iş günlərinin yerləri DƏYİŞDİRİLDİ
Gündəm / Cəmiyyət
Noyabrda ardıcıl 4 gün iş OLMAYACAQ
Cəmiyyət
Bayram tətili başlayır: 1 həftə iş olmayacaq
Gündəm / Siyasət
Noyabrda 5 gün ardıcıl iş olmayacaq
Gündəm / Cəmiyyət
Bu həftə Ramazan tətili başlayır
Gündəm / Cəmiyyət