Gündəm / İdman
27 fevral 2024
1
Avropada 47-ci: “Qarabağ” 10 milyonu keçib
Avrokubokların cari mövsümündə ən çox mükafat qazanan klublar açıqlanıb.
Azərbaycan çempionu "Qarabağ" "Top-50"də qərarlaşıb.
Mübarizəyə Çempionlar Liqasında başlayan, Avropa Liqasında 1/8 finala adlayan Ağdam klubu artıq 10 milyon 482 min avro əldə edib. Bu, mövsümün 47-ci göstəricisidir.
Təmsilçimizin 1/8 finaldakı rəqibi "Bayer" 34-cüdür. Almaniya klubu 13 milyon 790 min avro mükafat əldə edib.
Qeyd edək ki, cari mövsüm ən çox qazanan klub "Real"dır. İspaniya klubu artıq 79 milyon 892 min 421 avro əldə edib.
Daha çox xəbər:
UEFA Azərbaycan klublarına 1,2 milyon avro ayırdı
İdmanAvroliqada çıxış edən klubların büdcəsi - “Qarabağ” ən kasıblar sırasında
Gündəm / İdmanBu yazını oxuyana 2 min avro mükafat veriləcək - FOTO
Dünya2022-ci ilin ən yaxşı məşqçisi açıqlanıb - FOTO
İdmanUEFA “Qarabağ”a 300 min avro ödəniş etdi
İdman