Gündəm / Siyasət
28 fevral 2024
9
Prezident sərhəddəki təxribatlardan danışdı: "Azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq"
“Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq”.
Bu barədə fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
“Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür”, - dövlət başçısı qeyd edib.
Daha çox xəbər:
"Onlar torpaqları geri qaytarmadan sülh istəyirdilər" - İlham Əliyev
Gündəm / SiyasətPolşa Belarusla sərhəddə fövqəladə vəziyyət elan etdi
Gündəm / Cəmiyyət"Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir" - Dövlət başçısı
Gündəm / Siyasət"Ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur" - İlham Əliyev
Gündəm / SiyasətErməni qoyunları Azərbaycan sərhədini keçdi - Rəsmi açıqlama
Gündəm