Gündəm / Siyasət
01 mart 2024
0

“Bununla bağlı bizim mövqeyimiz hər zaman belə olub”


“Şaxələndirmə haqqında danışdıqda bizim mövqeyimiz hər zaman belə olub və indi də belədir ki, şaxələndirmə nəinki təchizat marşrutlarının, həmçinin mənbələrin şaxələndirilməsi olmalıdır. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət bizim görəcəyimiz işlərin vacibliyini göstərir”.

Bu sözləri Prezident İlham Əliyev martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib.