Gündəm / Dünya
01 mart 2024
1
Hakan Fidan: Beynəlxalq nizam iflic duruma düşüb
Beynəlxalq nizam fəaliyyətsiz duruma düşüb.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, dünyadakı xaosun əsas səbəblərindən biri də budur: “Odur ki, itirəsi vaxtımız yoxdur. Diplomatiyaya şans vermək lazımdır”.
H.Fidan söyləyib ki, Qəzzada baş verənlərin təkrarlanmaması üçün çalışmaq lazımdır.
