Gündəm / Siyasət
01 mart 2024
0
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi
Bu gün Albaniyanın Baş naziri Edi Ramanın ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və Albaniyanın XİN rəhbərinin müavini Besart Kadia arasında görüş keçirilib.
Görüşdə Azərbaycan və Albaniya arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub və əlaqələrin daha da inkişafı üçün mövcud imkanlara dair fikir mübadiləsi aparılıb.
Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlarına malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş” imzalanıb.

Daha çox xəbər:

Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV OLUNUR
Gündəm / Cəmiyyət
Azərbaycanla bu ölkə arasındakı viza rejimi ləğv edildi
Gündəm / Siyasət
Edi Ramanın Azərbaycana səfəri başa çatdı
Gündəm / Siyasət
Bu şəxslər üçün viza tələbi ləğv edilir
Gündəm / Cəmiyyət
Azərbaycan bu ölkə ilə qarşılıqlı viza rejimini ləğv edir
Gündəm / Cəmiyyət