Gündəm / Siyasət
05 mart 2024
0
Səfirlik: Almaniya Bakı və İrəvanı sülhə nail olmaq səylərində bundan sonra da dəstəkləyəcək
Almaniya Azərbaycan və Ermənistanı sülhə nail olmaq səylərində bundan sonra da dəstəkləyəcək.
Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi Berlində separatçı xarakter daşıyan “Təhlükə altında olan Dağlıq Qarabağın mədəni irsinin qorunması” adlı ermənipərəst tədbirin keçirilməsi planları barədə açıqlamasında bildirib.
Diplomatik nümayəndəlik tədbirin Almaniyanın qeyri-hökumət təşkilatları tərəfindən təşkil edildiyini və ölkənin hakimiyyət orqanları ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb:
“Almaniya hökumətinin Azərbaycan və Ermənistan arasında münaqişənin həlli ilə bağlı mövqeyinə gəlincə, Almaniya sülhə nail olmaq üçün hər iki ölkəni dəstəkləməyə davam edəcək. Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşündə deyib ki, Ermənistan və Azərbaycanın uzun illər davam edən ağrılı münaqişədən sonra indi uzunmüddətli sülhə nail olmaq imkanı var”.
Xatırladaq ki, daha əvvəl tədbirin təşkilatçılarının Alman Xarici Əlaqələr Şurası (DGAP) və Konrad Adenauer Fondu olduğu barədə xəbər verib.
DGAP-ın maliyyə hesabatına əsasən, şura öz fəaliyyəti üçün federal hökumətdən qrantlar da alır.(“Report”)
Daha çox xəbər:
Almaniya XİN rəhbəri Buçaya getdi
DünyaBerlindəki sülh görüşü FOTOLARDA
Gündəm / Siyasət"Ermənistanın əsas vəzifəsi sülhə nail olmaqdır, Qərbin hərbi bazalarını açmaq deyil" - Paşinyan
Gündəm / CəmiyyətCeyhun Bayramovla Mirzoyanın görüşündən - Fotolar
Gündəm / Siyasət“Həm İlham Əliyev, həm də Paşinyan sülhə hazır olduqlarını bildirdilər” - Blinken
Gündəm / Siyasət